Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirəcək.

Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda qazaxıstanlı həmyaşıdları ilə qarşılaşacaq. Astanada keçiriləcək matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, millimiz bu oyundan 4 gün sonra Bakıda Macarıstan U-21-i ilə üz-üzə gələcək.

4 iyun

13:00. Qazaxıstan U-21 – Azərbaycan U-21 1:1

Qol.: Sertan taşkın, 36, Aybol Abiken, 80 (pen)