Türkiyəli məşqçi Okan Buruk millimizdə işləməkdən imtina edib.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis AFFA-nın ona yığmamızı çalışdırması barədə etdiyi təklifə müsbət cavab verməyib.

Qeyd edək ki, Okan Buruk məşqçilik karyerası ərzində "Başakşəhər"lə Türkiyə Super Liqasının, "Akhisar Bələdiyyəspor"la isə ölkə kubokunun qalibi olmuşdur.