Niderland millisinin kapitanı Vircil Van Dayk DÇ-2022-nin seçmə mərhələsində Monteneqro ilə (2:2) bitən matçdan sonra danışıb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu üzgün olduğunu deyib:

"Nə dəyəcəyimi bilmirəm. İkinci hissədə utancverici oyun sərgilədik. Bu gecə mundiala getməyi qarantiləməliydik. Təbii ki, çox əsəbiyəm. 2-ci gün boş tribunalar önündə bunu bacarmalıyıq".

Xatırladaq ki, Türkiyə ilə bir qrupda yer alan Niderland millisi noyabrın 16-da Norveç yığması ilə qarşılaşacaq.