DÇ-2022-nin seçmə mərhələsində oynanılacaq olan Niderland - Norveç matçı azarkeşlər olmadan baş tutacaq.

Offsideplus.az xəbər verir ki, koronavirus infeksiyasının kəskin artması səbəbindən Niderland höküməti ölkə ərazisində 3 həftəlik sərt karantin elan edib. Bu səbəbdən milli komandanın da oyunu fanatlar olmadan keçiriləcək.

Qeyd edək ki, Niderland - Norveç qarşılaşması noyabrın 16-da Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.