Bu gün milli komandamızın və "Səbail" klubunun oyunçusu Rahid Əmirquliyev "Şahdağ"ın qonağı olub.

Offsideplus.az xəbər verir ki, görüşdə "Şahdağ" Futbol Klubunun rəhbərliyi, məşqçilər korpusu, aşağı yaş qruplarının oyunçuları və valideynlər iştirak ediblər.  Rahid Əmirquliyev balaca "Şahdağ"lılara öz məsləhətlərini verərək onlara böyük oyunçu olmağın sirlərini öyrədib. Görüşün sonunda futbolçuya "Şahdağ" forması hədiyyə olunub.

Bundan sonra təcrübəli futbolçu "Şahdağ"ın gələcək ulduzlarını topla və digər hədiyyələrlə sevindirib.