21 yaşadək futbolçulardan ibarət Türkiyə millisi problemlə üzləşib.

Offsideplus.az xəbər verir ki, Avropa Çempionatının seçmə mərhələsində belçikalı yaşıdları ilə səfərdə qarşılaşmalı olan yığma üzvləri avtomobilin sıradan çıxmasına görə yubanıblar. Bu səbəbdən də matç öz vaxtından 30  dəqiqə gec başlayıb.

Qeyd edək ki, oyun belçikalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.