Lüksemburq millisinin baş məşqçisi Luk Holts DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirdikləri oyundan sonra mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra bunları deyib

“Bu gün sürprizlə qarşılaşmadıq, Azərbaycan millisi bizi təəccübləndirmədi. Rəqibə qarşı 2 ay əvvəl oynamışdıq. Bu komandanı yaxşı tanıyırıq. Heyətində keyfiyyətli futbolçular var. Qələbə qazanmağımızda rəqib futbolçunun qırmızı vərəqə alması öz sözünü dedi. Komandanın çıxışından razı qalmadım. Xüsusilə, qırmızı vərəqədən birinci qoladək yaxşı oynamadıq.

Mütəxəssis “Azərbaycan millisinin inkişafı üçün nə etmək lazımdır” sualına bu cür cavablandırıb:

“Bunu sizə mən deyə bilmərəm. Çox sayda baş məşqçilər var. Hər kəsin öz fəlsəfəsi olmalıdır. Bizə gəldikdə, futbol fəlsəfəmizi dəyişməyə çalışdıq. Əvvəllər daha çox müdafiədən oynamağa və risk etməməyə çalışırdıqsa, son illərdə hücum futbolu sərgiləməyə başladıq. Düşünürəm ki, inkişafımızın əsas amillərindən biri budur”.