U-21 yığmamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Avstriya U-21 millisi ilə qarşılaşacağı matçın hakimləri bəlli olub.

Offsideplus.az xəbər verir ki, qarşılaşma Serbiyadan olan referilərə tapşırılıb. Baş hakim Miloş Milanoviç olacaq. Ona həmyerliləri olan Matiya Olayos və Yovan Grujic kömək edəcəklər. Dördüncü hakim isə Marko Sreçkoviçdir.

12 noyabr

21:00. Azərbaycan - Avstriya

Hakimlər: Miloş Milanoviç, Yovan Grujic, Matiya Olayos Nadj, Marko Sreçkoviç

"Bakcell Arena"