"Zirə" klubunun futbolçusu Davit Volkov Azərbaycan Premyer Liqasında het-trik edib.

Offsideplus.az xəbər verir ki, o, bu gün Premyer Liqamızın 10-cu turunda "Sabah"la matçda (3:3) 3 qol vurub. Bununla da 26 yaşlı hücumçu bu mövsüm çempionatda vurduğu qolların sayını 8-ə yüksəldib.

Qeyd edək ki, Volkov 8 qolla Premyer Liqada bombardirlər sırasında 1-ci pilləyə yüksəlib. Filip Ozobiç ("Qarabağ") 6 qolla 2-cidir.