"Neftçi"də yerli futbolçuların zəif olduğunu deyə bilmərəm. Başqa klublara baxanda heç də zəif deyillər".

Offsideplus.az- "Neftçi TV"yə istinadən xəbər verir ki, bunu "Neftçi-2"nin baş məşqçisi Mahmud Qurbanov əsas komanda ilə bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.

48 yaşlı mütəxəssis futbolda axsamaların qaçılmaz olduğunu diqqətə çatdırıb: "Biz hansısa insanın ideal olduğunu deyə bilmərik. Axsamalar olur və bu o demək deyil ki, oyunçular keyfiyyətsizdir".
Qeyd edək ki, "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra mətbuat konfransında komandasındakı yerli oyunçuların istənilən səviyyədə olmadığını söyləyib.