"Visla"nın futbolçusu Anton Krivotsyuk Azərbaycan millisinə dəvət alıb.

Offsideplus.az Polşa mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi yığmamızın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqla oyununa və Qətərlə yoldaşlıq görüşünə çağırılıb.

Xatırladaq ki, millimiz noyabrın 11-də Lüksemburq ,14-də isə Qətərlə qarşılaşacaq.