Azərbaycan milli komandasının yeni baş məşqçisinin türkiyəli mütəxəssis olacağı ilə bağlı iddialar səngimək bilmir.
Offsideplus.az “Football-plus.az”a istinadən xəbər verir ki, qardaş ölkə mətbuatı AFFA rəsmilərinin tanınmış məşqçi Okan Burukla təmasa keçdiyi ilə bağlı məlumatlar tirajlayır. Federasiya rəsmiləri “İstanbul BŞ” ilə çempion olan çalışdırıcıya “2+2” illik müqavilə təklif edib. İddiaya görə, AFFA rəsmiləri Şenol Günəşlə təmasa keçib, onunla razılaşmadıqdan sonra Okan Burukla görüşləri sürətləndirib.
Qeyd edək ki, hazırda Azərbaycan milli komandasının baş məşqçisi olan Canni de Byazinin müqaviləsinin müddəti DÇ-2022-nin seçmə mərhələsinin sonuna qədərdi.