Bu gün Region Liqasında keçirilən "Göyəzən"(Qazax) - "Şəki" matçında maraqlı hadisə baş verib.

Belə ki, qonaq komanda oyuna məcburən "Göyəzən"in səfər formalarıyla çıxıb.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, şəkililərin öz formalarının gecikməsinə səbəb baş verən yol qəzası olub. 

Bakıdan yola düşən və içərisində "Şəki"nin 4 əsas heyət oyunçusu ilə komandanın öz formaları olan avtomobil qəzaya uğrayıb. Hadisə zamanı xəsarət alan olmayıb.

"Göyəzən" klubunun prezidenti Mehdi Salmanov isə 1 dəst formanı rəqibə verərək oyunun baş tutmasını təmin edib.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 7:3 hesablı qələbəsiylə başa çatıb.

"Şəki"nin öz formalarını təqdim edirik:

8e232ec4 5966 48f6 bf1b 2bc4692b9d05

b171e5e1 8159 47ea a7ee 201135f25f5b