Sabah Azərbaycan Premyer Liqasının 9-cu turunda "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq.

Redaksiyamıza daxil olan məlumata görə, oyunu Gənclər və İdman naziri Fərid Qayıbov da stadiondan izləyəcək. İnformasiyanı dəqiqləşdirmək üçün Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəylə əlaqə saxladıq. Klub sözçüsünün məsələ ilə bağlı fikirləri belə oldu:

"Bizdə bu barədə məlumat yoxdur. Təşrif buyuracaqsa da, xoş gəlib, səfa gətirəcək. Qapılarımız hər zaman cənab nazirin üzünə açıqdır. Elə fürsətdən istifadə edib, onu sabahkı oyunumuza dəvət edirik".

Qeyd edək ki, nazir özü "Qarabağ" azarkeşi olduğunu açıqlamışdı.

Xatırladaq ki, “Azersun Arena”da keçiriləcək görüşün start fiti FİFA referisi Əliyar Ağayev tərəfindən 18:30-da veriləcək.

Daşqın Əziz