“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçin çıxış etdiyi Bosniya və Herseqovina millisi növbəti yoxlama oyununu keçirib. 

Offsideplus.az xəbər verir ki, Robert Prosineçkinin komandası Cənubi Koreya ilə qarşılaşıb.

 Bosniyalılar dünya çempionatı iştirakçılarını 3:1 hesabı ilə məğlub edib. Start heyətdə meydana çıxan Şehiç sonadək mübarizə aparıb.