Ramil Şeydayev Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib.

Offsideplus.az  AFFA-nın saytına istinadən xəbər verir ki, “Qarabağ”ın hücumçusu “Səbail”lə səfər matçında yubiley oyununa çıxıb. Onun premyer liqada debütü 2017/18 mövsümündə reallaşıb. Fasilələrlə Premyer Liqada çıxış edən Ramil 50 oyunda 8 qol vurub.

Qeyd edək ki, Şeydayev “Qarabağ”da 22 matçda 2 qol vurub. “Sabah”da isə 28 matçda 6 dəfə qapılara yol tapıb.