İyunun 5-də Astanada millimizlə yoldaşlıq oyunu keçirəcək Qazaxıstan yığmasının üzvləri qarşılaşma ilə bağlı fikirlərini açıqlayıblar.

Offsideplus.az sports.kz”-a istinadən xəbər verir ki, millinin müdafiəçilərindən Yevgeni Postnikov komandamıza qalib gəlmək istədiklərini bildirib: 

“Astana Arena”da baş tutacaq görüşdə azarkeşlərimiz önündə yaxşı futbol sərgiləmək və Azərbaycan millisinə qalib gəlmək istəyirik. Əsas məsələ “Kaysar”a 2:0 hesabı ilə qalib gəldiyimiz çempionat oyunudan sonra bərpa olunmaqdır. Ardından yığmanın matçına hazırlaşacağıq”.

“Astana”nın və Qazaxıstan yığmasının qapıçısı Nenad Eriç isə deyib ki, Azərbaycan millisi keyfiyyətli futbol nümayiş etdirir: “Kaysar"a qalib gəlməyimiz yaxşı oldu. İndi yaxşı əhval-ruhiyyə ilə yığmaya gedirik. Azərbaycan millisi yaxşı komandadır, keyfiyyətli futbol sərgiləyir. Ona görə də maraqlı matçın olacağını gözləməyə dəyər”.

Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.