Qadınlardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Siyasət Əsgərovun komandası Podqoritsa şəhərindəki təlim-məşq mərkəzində Monteneqro millisi ilə qarşılaşıb. Komandamız bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Qeyd edək ki, E qrupunda Danimarka, Rusiya, Monteneqro, Bosniya və Herseqovina və Malta ilə mübarizə aparan millimiz xal qazanmayıb və qrup sonuncusudur.

21 oktyabr

DÇ-2023, seçmə mərhələ

Monteneqro – Azərbaycan 2:0
Qollar: Sladyana Bulatoviç, 5. Andela Toşkoviç, 83.
Baş hakim: Kristina Georgieva (Bolqarıstan)