Azərbaycan Birinci Divizionunda 4-cü tura start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turun açılış matçında “Qarabağ” və “Neftçi”nin əvəzediciləri üz-üzə gəlib. Qonaqlar bu oyunda inamlı qələbəyə seviniblər. 

“Sabah”ın əvəzediciləri “Səabil”in ikinci komandası komandasını minimal hesabla məğlub edib. “Turan Tovuz” isə səfərdə “Qəbələ”nin əvəzedici komandasından güclü olub.

Birinci Divizion
4-cü tur
14 oktyabr

"Qarabağ-2" – "Neftçi-2" 0:2
Qol: Xəqani Sadıxov, 30. Nihad Qurbanlı, 74.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Elman Kərimov, Tural Qurbanov.
“ASK Arena”, 13:30 (pfl.az/canlı)

"Sabah-2" – "Səbail-2" 1:0
Qol: Kamran Quliyev, 41.
Hakimlər: Rauf Allahverdiyev, Kərim Zeynalov, Şirmamed Mamedov, Cavid Cəlilov
Binə qəsəbə stadionu, 14:30

"Qəbələ-2" – "Turan Tovuz" 1:2
Qol: Mehrac Baxşalı, 87 – Elçin Qasımov, 45+3. Sadiq Şəfiyev, 84.
Hakimlər: İnqilab Məmmədov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00 (pfl.az/canlı)