AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti təyinat alıb.

Offsideplus.az-ın məlumatına görə, o, Niderlandın “Ayaks” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında Gənclər Liqasının C qrupunun III tur oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 19-da baş tutacaq.