“Qrupda itirəcək bir şeyimiz yoxdur. Ölkəmiz, ailəmiz, azarkeşlərimiz üçün oynamalı, var gücümüzlə mübarizə aparmalıyıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev səfərdə Serbiyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

25 yaşlı hücumçu fikirlərini belə ifadə edib:

"Ümid edirəm ki, sabah bizim üçün hər şey yaxşı olacaq. Çalışacağıq öz oyunumuzu oynayaq və qələbə qazanaq”.

Qeyd edək ki, oktyabrın 12-də oynanılacaq Serbiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.