Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsində ən pis nəticə göstərən 6 komandadan biridir.

Offsideplus.az xəbər verir ki, 6 turdan sonra millimizin aktivində cəmi 1 xal var.

Seçmə mərhələnin Avropa zonasının 10 qrupunda ümumilikdə 55 komanda yarışır. 55 komandadan 49-u Azərbaycandan daha artıq xal toplayıb. 

Seçməmizlə yanaşı 6 və 7 turdan sonra cəmi 1 xal toplayan daha 3 komanda var. Bunlar Gürcüstan, Moldova və Lixtenşteyndir. 2 komanda – Cəbəllütariq və San-Marinonun isə ümumiyyətlə, xalı yoxdur.

Millimiz 6 oyuna 1 xal toplamaqla yanaşı, 3 qol vurub və 12 qol buraxıb. Beləliklə, ümumi göstəriciyə əsasən, komandamız hazırda 55 milli arasında 50-cu yeri tutur.