Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyun öncəsi keçirilən mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, o, sabahkı matçla bağlı bunları deyib:

"Futbolda hər şey vacibdir. Ən əsası qalib gəlmək və yaxşı futbol oynamaqdır. Ehtiyac olacaqsa, kifayət qədər hücumçu ilə oynayacağıq. Bu matçı ciddiyə alırıq. Bu, indiyə qədər oynadığımız oyunlardan heç də əhəmiyyətsiz deyil. Hər baxımdan vacib qarşılaşmalardan biridir. Azərbaycan çox problem yarada biləcək yaxşı komandadır. "Futbol dəyişdi, bu gün hər kəs çox yaxşı oynayır. Mənim üçün Lüksemburqdakı matç rəqabətli, çox önəmli keçdi" - deyə o bildirib.

Qeyd edək ki, Serbiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.