“Neftçi” klubunun yarımmüdafiəçisi Mamadu Kane Qvineya milli komandasına dəvət olunub.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 6-da və 9-da Sudan, 12-də isə Mərakeşlə oyunlara çağırılıb.

Qeyd edək ki, Kane Qvineya milli komandasında 6 oyun keçirib, 1 qol vurub.