Azərbaycan Premyer Liqasında 6-cı turun 3 oyunu üçün hakim təyinatları məlum olub.

Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, matçlar aşağıda adları qeyd olunan hakimlərə həvalə olunub:

1 oktyabr (cümə)

19:30. “Zirə” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu

2 oktyabr (şənbə)

17:00. “Keşlə” –“Sabah”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev
“ASK Arena”

19:15. “Səbail” – “Neftçi”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Fərid Hacıyev
“ASCO Arena”