"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk istefa verib.  

Offsideplus.az xəbər verir ki, bu haqda o, "Keşlə"yə 0:1 hesabıyla uduzduqları Azərbaycan kubokunun final oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib: 

"Bu, "Qəbələ"də son oyunum idi. Finalda belə ab-havaya görə minnətdarlıq edir, Cumhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edirəm".

Qeyd edək ki, R.Qriqorçuk 2015-ci ilin yanvarından "Qəbələ"ni çalışdırırdı.