"Keşlə" klubunun baş məşqçisi Sənan Qurbanov Premyer Liqamızın 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri matçda texniki zonadan qovulub.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı mütəxəssis ilk hissənin sonlarında baş hakim Fərid Hacıyevin qərarına sərt şəkildə etiraz etdiyi üçün ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Qeyd edək ki, görüşdə hesab ilk hissədən sonra hesab "köhlən atlar"ın xeyrinədir - 1:0.