Premyer Liqamızda 5-ci turun daha iki oyunu üçün hakim təyinatları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, sabah keçiriləcək hər iki görüş FİFA referilərinə tapşırılıb.

"Sabah" - "Neftçi" matçını Əliyar Ağayev, "Sumqayıt" - "Qəbələ" qarşılaşmasını isə Elçin Məsiyev idarə edəcək.

26 sentyabr (bazar)

17:00. “Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Bank Respublika Arena”

19:15. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev. Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
“Kapital Bank Arena”