“Neftçi” klubunun yarımmüdafiəçisi Sezar Meza Kolli klubun rəsmi televiziyasına açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqanın 4-cü turunda “Keşlə”ni 3:0 hesabı ilə məğlub etdikləri oyunda fərqlənərək ilk qolunu vuran paraqvaylı yarımmüdafiəçi bunları deyib:

“İlk qolumu vurduğum üçün şadam. İnanıram ki, hər şey belə davam edəcək və komandama bacardığım qədər kömək edə biləcəyəm. Birinci hissədən sonra arxa əzələmdə ağrı hiss etdim. Məncə bu, yüklənmədən irəli gəlirdi. İndi isə özümü hazır hiss edirəm. Növbəti oyun üçün çalışıram”.

Qeyd edək ki, Sezar Meza Kolli “Neftçi”yə bu mövsümün əvvəlində “Keşlə”dən transfer olunub.