Azərbaycan Birinci Divizionunda 2-ci tura start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. 

MOİK doğma meydanda “Səbail”in əvəzediciləri ilə heç-heçə edib. Son çempion “Neftçi-2” isə səfərdə “Qəbələ”nin əvəzedicilərinə məğlub olub.

Birinci Divizion
2-ci tur
21 sentyabr

MOİK – "Səbail-2" 1:1
Qol: Rafael Qavami, 45+1 – Elvin Əliyev, 71.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Vüqar Bayramov, Emin Əliyev.
Binə qəsəbə stadionu, 15:30.

"Qəbələ-2" – "Neftçi-2" 3:1
Qol: Xəyal Səmədov, 12. Mehrac Baxşalı, 40. Aqil Nəsibov, 44 – Famil Camalov, 90+1
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.