“Sumqayıt” klubu cənubi azərbaycanlı hücumçu Səid Rzanı transfer edib.

Offsideplus.az xəbər verir ki, onunla 1 illik müqavilə imzalanıb. Yeni transfer komandada “23” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, əvvəllər “Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş Səid son olaraq “Aluminium”da (İran) oynayıb. O, ötən mövsüm 21 matçda meydanda olub və 3 qola imza atıb.