“Turan Tovuz" klubunun futbolçuları Azərbaycan I Divizionunun ilk turu çərçivəsində bu gün baş tutan MOİK-lə oyuna şəhid övladları ilə çıxıblar.

Offsideplus.az xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və övladları bu görüşü canlı izləyiblər.

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçirilən oyuna MOİK-in qələbəsi ilə başa çatıb – 2:0.