19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB Oyunlarında son oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, 5-ci yer uğrunda oyunda moldovalı yaşıdları ilə qarşılaşan komandamız 10:5 hesabı ilə qələbə qazanıb.

Seçməmizin heyətində Əli Mahmudov (3), Nurlan Məmmədzadə (2), Xəzər Ağalızadə (2), Şahmar Cəfərli, Mirzə Əmirov və Fuad Məmmədzadə fərqlənib.