Portuqaliya milli komandasının üzvü Bruno Fernandeş Azərbaycanla oyundan sonra verdiyi açıqlamada yığmamızın fərqlənmək şansının olduğunu vurğulayıb: 

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi qarşılaşmadan sonra bunları deyib: 

"Çox yaxşı nəticə qazandıq. Sonlara yaxın müdafiədə bəzi səhvlər buraxdıq, buna görə də rəqib 3 dəfə təhlükəli epizod yaratmağı bacardı və fərqlənməyə yaxın oldu. Hər bir halda, Azərbaycan üzərində əziyyət çəkmədən qələbə qazandıq və geri qayıdırıq".