DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib.

Offsodeplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın futbolçusu Maksim Medvedev zədə, Polşanın “Visla” (Plotks) klubunun üzvü Anton Krivotsyuk isə sarı kart cəzalısı olduğu üçün millinin qarşıdakı oyununda iştirak etməyəcək.

Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək.