DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 4-də Dublin şəhərindəki "Aviva" stadionunda keçiriləcək İrlandiya - Azərbaycan oyununu idarə edəcək hakimlər bəlli olub. 

Offsideplus.az saytı xəbər verir ki, görüşün baş hakimi Jerom Brisara olacaq. Bu qarşılaşmada Benjamin Peyes, Ervan Kristof Finjan kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi isə Mikael Lesaj olacaq. VAR sistemində Stefan Frappart və Mikael Berchebru oturacaqlar. 

Qeyd edək ki, hakimlər briqadası Fransanı təmsil edir. 

Jerom Brisara ötən il PSJ - "Monpelye" matçında Neymarla mübahisədən sonra məşhur olmuşdu. Braziliyalı futbolçuya sarı vərəqə göstərdiksən sonra, PSJ futbolçuları ilə mübahisə yaşamış, daha sonra bu hadisə soyunub-geyinmə otağında davam etmişdi. 

Fransa 1-ci Liqasının nizam-intizam komitəsi bu hadisəni araşdırdıqdan sonra Neymara cəza tətbiq etmişdi.