21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, millimiz səfərdə Xorvatiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Matç yığmamızın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Hər iki qol birinci hissədə vurulub.

U-21 Avropa Çempionatı
Seçmə Mərhələ

21:00: Xorvatiya U-21 – Azərbaycan U-21 2:0

Qollar: L.Suçiç, 10, R.Şimiç, 25 

Baş hakim: Denis Şurman
Baş hakimin köməkçiləri: Aleksandr Korniyko, Viktor Nijnik
Dördüncü hakim: Viktor Kopievski

Heyətlər:

Xorvatiya: 12. İvor Pandur, 3. David Kolina, 4. Bosko Sutalo, 5. Yosip Sutalo, 6. Bartol Franyiç (k), 7. Antonio Marin, 10. Luka Suçiç, 13. Kresimir Krizmaniç, 14. Lukas Kaçavenda, 18. Stipe Biuk, 22. Roko Şimiç.

Azərbaycan: 22. Nicat Mehbalıyev, 4. Mert Çelik, 5. Rauf Hüseynli, 8. Səbuhi Abdullazadə, 9. Musa Qurbanlı, 11. Şakir Seyidov, 13. Cəlal Hüseynov, 16. Fərid Yusifli, 17. Rüfət Abdullazadə, 21. İsmayıl Zülfüqarlı, 23. Asim Əlizadə.