Lüksemburq yığmasının yarımmüdafiəçisi Danel Sinani DÇ-2022-nin seçmə mərhələsində sabah yığmamızla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçu seçməmizlə oyundan əvvəl bunları deyib:

“Azərbaycanla sonuncu oyunda penaltidən istifadə edə bilmədim. Amma sabahkı qarşılama üçün komanda olaraq oyuna tam hazırıq. Rəqibin mübariz, döyüşkən komanda olmasına baxmayaraq, qalib gəlməyə çalışacağıq”.