Lüksemburq millisinin baş məşqçisi Luk Holtz DÇ-2022-nin seçmə mərhələsində sabah yığmamızla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, o, yeni stadionlarında keçirəcəkləri ilk oyunda millimizə qalib gəlmək istədiklərini deyib:

"Azərbaycan millisi möhkəm komandadır. Hər iki komandanın qalib gəlmək şansı 50 faizdir. Təbii ki, 3 xal qazanmaq üçün meydana çıxacağıq. Rəqibin gücünü nəzərə almaqla bunu etmək asan olmayacaq. Yeni stadionda ilk oyunumuzu keçirəcəyik. Çalışacağıq ki, ilk oyundan qalib ayrılaraq azarkeşlərimizi sevindirək. Rəqib seçmə mərhələdə Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə məğlub olub. Bu da onların mübariz komanda olmasından xəbər verir”.