“Həm fiziki, həm də psixoloji olaraq yaxşı vəziyyətdəyik. Sabahkı oyunda uğurlu nəticə əldə etməyə çalışacağıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri yığmamızın qapıçısı Şahrudddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsində sabah Lüksemburqla keçirilən oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Məhəmmədəliyev rəqibə ciddi yanaşmalı olduqlarını bildirib:

"Yaxşı heyətə malik komandadır. Bir neçə ildir birlikdə çıxış edirlər. Hücum xəttində Rodroqes, Sinani kimi güclü futbolçuları var. Oturuşmuş heyətə malikdirlər. Sanki milli komanda yox, klub futbolu nümayiş etdirirlər”.