UEFA Gənclər Liqası turnirinin 2021/2022-ci illər mövsümünün I mərhələsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, püşkə əsasən, turnirdəki təmsilçimiz “Qəbələ” Niderlandın “Alkmar” komandası ilə qarşılaşacaq.

Bu komandalar arasında ilk oyun sentyabrın 29-da evdə, cavab qarşılaşması isə oktyabrın 20-də səfərdə keçiriləcək. “Qəbələ” bu mərhələni adlayacağı halda, “Şikszereda” (Rumıniya) – “Anje” (Fransa) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunları noyabrın 3-də, cavab qarşılaşmaları isə 24-də keçiriləcək.