Futbol üzrə Azərbaycan Kubokunda 2021/2022 mövsümünün final oyununun vaxtı açıqlanıb.

Offsideplus.az xəbər verir ki. həlledici qarşılaşma 2022-ci il mayın 27-də olacaq.

Bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, ölkə kubokunda yeni mövsümə isə dekabrın 10-da 1/8 final mərhələsinin görüşləri ilə start veriləcək.