Lüksemburq millisinin daha bir futbolçusu 2022-ci il dünya çempionatının qarşıdakı seçmə mərhələ oyunlarında iştirak etməyəcək.

Offsideplus.az xəbər verir ki, Marvin Martins, Kris Filipps və Dioqo Pimenteldən sonra Eldin Dzoqoviç də yığmanın heyətindən çıxarılıb.

Almaniyada "Maqdeburq" klubunun formasını geyinən 18 yaşlı müdafiəçi də koronavirusa yoluxduğu üçün millinin oyunlarını buraxacaq. 

Qeyd edək ki, Lüksemburq millisi sentyabrın 1-də Azərbaycan yığmasını qəbul edəcək. Lüksemburq Milli Arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.