Azərbaycan milli komandasına dəvət alan "Minay"ın futbolçusu Rüstəm Əhmədzadə "Şaxtyor"la Ukrayna Premyer Liqasının VI tur oyunu zamanı zədələnib.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı hücumçu görüşün 89-cu dəqiqəsində topa tullanaraq, başla zərbə endirmək istərkən cəhdi boşa çıxıb və o, yerə böyrü üstə düşərək, xəsarət alıb. Nəticədə gənc forvard meydanı xərəkdə tərk etməli olub. Əhmədzadənin əzələsini dartdığı ehtimal edilir.