DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Lüksemburq, sentyabrın 4-də İrlandiya, sentyabrın 7-də isə Portuqaliya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.
AFFA-nın rəsmi saytına istinadən heyəti sizə təqdim edirik:
Qapıçılar: Aydın Bayramov (“Sumqayıt”), Mehdi Cənnətov (“Zirə”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”);
Müdafiəçilər: Maksim Medvedev, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Toral Bayramov (hamısı “Qarabağ”), Təmkin Xəlilzadə, Sərtan Taşkın (hər ikisi “Zirə”), Höccət Haqverdi, Elvin Bədəlov (hər ikisi “Sumqayıt”), Azər Salahlı (“Keşlə”), Anton Krivotsyuk (“Visla”, Polşa);
Yarımmüdafiəçilər: İsmayıl İbrahimli, Qara Qarayev, Filip Ozobiç (hər üçü “Qarabağ”), Vüqar Mustafayev, Rəhim Sadıxov (hər ikisi “Sumqayıt”), Emin Mahmudov (“Neftçi”), Anatoli Nuriyev (“Kolos”, Ukrayna);
Hücumçular: Mahir Emreli (“Legiya”, Polşa), Namik Ələskərov (“Bursaspor”, Türkiyə), Əli Qurbani (“Sumqayıt”), Ramil Şeydayev (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna).
Qeyd edək ki, sentyabrın 1-də Lüksemburqun qonağı olacaq Azərbaycan millisi 3 gün sonra İrlandiyaya səfər edəcək. Yığma sentyabrın 7-də isə Bakıda Portuqaliya seçməsi ilə qarşılaşacaq.