"Səbail"də Samir Əliyevin köməkçisi olmuş Araz Qulamovun yeni iş yeri müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, mütəxəssis I divizion təmsilçisi "Binə"nin baş məşqçisi təyin edilib.
 
Qeyd edək ki, "Səbail" rəhbərliyi bir neçə gün əvvəl Samir Əliyev və köməkçilərini istefaya göndərib.
 
Onu da qeyd edək ki, 2017/18 mövsümündə ilk dəfə I divizionda çıxış edən "Binə" 7-ci pilləni tutub.(aut.az)