Futbol üzrə Lüksemburq yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan və Serbiya ilə oyunlar üçün heyəti bəlli olub.

Offsideplus.az-ın məlumatına görə, komandanın baş məşqçisi Lük Holts 25 oyunçuya dəvət göndərib. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü isə hücumçudur: Tim Kips, Antoni Moris, Ralf Şon, Dirk Karlson, Maksim Şano, Eldin Dzoqoviç, Loran Yans, Enes Mahmutoviç, Marvin Martins, Mika Pinto, Erik Veyqa, Leandro Barreyro, Florian Bonert, Kristofer Martins, Kris Filips, Dioqo Pimentel, Timote Rupil, Danel Sinani, Aldin Skenderoviç, Olivye Til, Sebastien Thil, İvandro Borges, Moris Devill, Edvin Muratoviç, Jerson Rodrigeş.

Qeyd edək ki, Lüksemburq seçməsi sentyabrın 1-də Azərbaycanı qəbul edəcək, 3 gün sonra isə Serbiyanın qonağı olacaq.