"Neftçi"nin futbolçusu Mamadu Kane "ağ-qaralar"ın sıralarını tərk edir.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı qvineyalı yarımmüdafiəçi Yunanıstanın "Olimpiakos" klubu ilə razılığa gəlib.

"Flaqman" bu keçiddən 800 000 avro gəlir əldə edəcək.

Qeyd edək ki, sözügedən futbolçu 2019-cu ildən bakılıların şərəfini qoruyur.

Mənbə: http://newsport.az