"Qarabağ"ı təbrik edirəm, Konfrans Liqası oyununda uğurlar arzulayıram. Matçla bağlı düşüncələrimiz var idi. Bəzi fikirlərimiz alındı, bəziləri yox".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, “Qarabağ”ın ustalıq səviyyəsi və ani diqqətsizlikdən istifadə bacarığı özünü göstərdi: "İlk yarıda buraxdığımız qollar oyunun taleyini həll etdi. Amma yaxaladığımız qol epizodları da var idi. Bu gün daha güclü komanda qalib gəldi".

Hacıyev matçın komandası üçün ağır keçdiyini söyləyib: "Az hallarda ot üzü görən futbolçuların tez yorulması gözlənilən idi. İnanıram ki, oyunumuzu daha da yaxşılaşdırıb xallar qazanacağıq. Fasilə yaranır, çempionata daha yaxşı hazırlaşmaq üçün 3 həftə vaxtımız olacaq".(report)