Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi ilə bağlı qərarlar qəbul olunub.

Belə ki, sistemin tətbiqi ilə bağlı tender sənədlərinə uyğun olaraq müvafiq hüquqi prosedurların icrasına start verilib. Çempionatımızda VAR sisteminin 2021/2022-ci il mövsümünün qış fasiləsindən sonra tətbiqi nəzərdə tutulur.

Bundan əlavə, sentyabrın 1-dən etibarən Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sistemi tətbiq ediləcək.